Barak Obama Abdullah Güllə görüşdü

16 May 2014 18:53 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Abdullah Güllə telefon danışığı aparıb. "Axar.az" xəbər verir ki, Obama Soma faciəsi ilə bağlı Abdullah Gülə başsağlığı verib.

Obama mədən faciəsindən kədərləndiyini, amerikalıların türk xalqının kədərinə şərik olduğunu bildirib.

Mədən qəzalarında ABŞ-ın həm texniki mənada, həm də məsləhətçilik istiqamətində böyük bir təcrübəyə sahib olduğunu deyən Obama təcrübələrini Türkiyə ilə paylaşmağa hazır olduğunu qeyd edib.