Prezident fəxri adlar verdi- Siyahı

16 May 2014 19:08 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqının mədəni irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aşağıdakı əməkdaşlarına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilsin:

Abdullayev Fikrət Fail oğlu

Əliyeva Gülnar Ələkbər qızı

Məmmədova Sevil Məmmədxan qızı

Məmmədova Svetlana Lətif qızı

Mirzəyeva Səadət Məmmədəli qızı

Rzayeva Rəna Fərid qızı