AZAL Nyu Yorka aviareys açacaq
17 May 2014 07:23 (UTC+04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2014-cü ilin payızında ABŞ-a birbaşa hava reysi açacaq. Bunu cümə günü Trend-ə AZAL sədrinin müavini Sabir İlyasov deyib.
Onun sözlərinə görə, Bakı-Nyu York-Bakı marşrutu üzrə aviareyslərin "Airbus A340" laynerləri və "Boeing" şirkətinin istehsal etdiyi təyyarələr vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
S.İlyasov qeyd edib ki, ABŞ-a hava reysinin açılması payız mövsümünə təsadüf edəcək.
AzNews.az