Günün fotosu: “Əsil kişi qızları satın almaz“

17 May 2014 07:33 (UTC+04:00)
Nigeriyada 200-dən çox məktəbli qızın başqa ölkələrə satılması üçün qaçırıldığı xəbərini vermişdik. Bu hadisə ilə bağlı dünya ölkələrinin bir neçəsi aksiya keçirib. Həmin aksiyalardan biri də İspaniyanın cənubunda Malaqada təşkil olunub. Həmin aksiyadan olan görüntülərindən birini sizlərə təqdim edirik.

Qeyd edək ki, şəkil "Reuters" agentliyinin fotoqrafı Con Nazca tərəfindən lentə alınıb.

Xəyalə
AzNews.az