Bakıda ərini bıçaqlayan qadın tutuldu

17 May 2014 09:55 (UTC+04:00)
Bakıda ərini bıçaqla xəsartə yetirən qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 16-sı saat 23 radələrində Mayakovski küçəsində yaşayan 1992-ci il təvəllüdlü Leyla Abdullayeva həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ramin Tahir oğluna ailə məişət zəminində bıçaq xəsarəti yetirib. Bu səbəbdən L.Abdullayeva Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

AzNews.az