“Avtoşlar” cinayətkar kimi məsuliyyətə cəlb olunsun – TƏKLİF
18 May 2014 07:00 (UTC+04:00)
Azərbaycanda avtoxuliqanlıq edən şəxslərin bu hərəkətinin Cinayət Məcəlləsi ilə tövsif olunması üçün qanunvericiliyə təkliflər paketi təqdim olunub.

Bununla bağlı sənədin müəllifi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə AzNews.az-a bildirib ki, avtoxuliqanlar inzibati qaydada deyil, cinayətkar kimi məsuliyyətə cəlb olunmalıdırlar. O açıqlamasında qeyd edib ki, qanunda əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan sənəd artıq parlamentin müvafiq komissiyasındadır: "Təqdim etdiyim təkliflər paketi ilə bağlı parlament müəyyən dövlət qurumlarından rəy alır. Nəzərə almaq lazımdır ki, avtoxuliqanlar özü ilə bərabər, digər insanların da həyatını təhlükə altına qoyur".
Amid
AzNews.az