59 yaşlı piyada öldü
17 May 2014 10:11 (UTC+04:00)
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 16-sı saat 23:40 radələrində Səbail rayonu Mehdi Hüseyn küçəsində Bakı şəhər sakinləri - 1985-ci il təvəllüdlü Telman Balayev idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə 1955-ci il təvəllüdlü Vəzirxan Xankişiyevi vurub. Nəticədə piyada V.Xankişiyev hadisə yerində ölüb.
AzNews.az