Sabah 38 dərəcə isti olacaq

17 May 2014 10:25 (UTC+04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində 38 dərəcə isti olacaq.
Paytaxt Bakıda temperatur 33 dərəcəyədək yüksələcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz olacaq, axşam havanın dəyişkən buludlu olacağı proqnozlaşdırılır. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru dağlıq və dağətəyi rayonlarda şimşək caxaçağı, qısamüddətli yağış yağacağı ehtımalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 16-21, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

AzNews.az