“Sosial çarxları təmənnasız yayımlacağıq“- TV direktoru

17 May 2014 11:02 (UTC+04:00)
Xəyal TV (www.xeyal.tv ) yeni layihəyə start verib.

Bu barədə AzNews.az-a danışan televiziyanın direktoru, qeyri-adi təşəbbüsləri ilə tanınan rejissor Eltən Qədimbəyli bildirib ki, cəmiyyəti narahat edən sosial problemlərlə bağlı təbliğat xarakterli filmlər TV-də təmənnasız yayımlanacaq: "Bununla bağlı artıq müraciət hazırlamışıq. Vətəndaşlar bəyəndikləri sosial filmləri bizə göndərə bilər. Biz sosial əhəmiyyəti olan bütün filmlərin yayımı üçün tələb olunan ödənişləri ləğv edirik. Belə ideyası olan gənc rejissorlar varsa və texniki problemlərdən əziyyət çəkirlərsə, məmnuniyyətlə kömək etməyə hazırıq. Məqsədimiz keyfiyyətli sosial filmlərin çoxalması və cəmiyyətdəki problemlərin həllinə yardımçı olmaqdır".

İntiqam Valehoğlu
AzNews.az