Axşam saatlarında yol bağlanacaq- diqqət

17 May 2014 11:13 (UTC+04:00)
Bu gün saat 22:00-dan etibarən Bakının Abbasqulu Ağa Bakıxanov küçəsində nəqliyyatın hərəkəti mərhələlərlə məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, mayın 17-si axşam saat 22:00-dan etibarən Abbasqulu Ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AzNews.az