Somadakı faciə ilə bağlı ilk HESABAT açıqlandı

17 May 2014 11:27 (UTC+04:00)
Türkiyənin Manisa bölgəsinin Soma qəsəbəsində mədəndə baş verən faciə ilə bağlı ilkin hesabat hazırlanıb.

AzNews.az-ın "haberler.com"a istinadən verdiyi məlumata görə, Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Somada 299 nəfərin ölmü ilə nəticələnən faciənin səbəblərini araşdırır. Nazirliyin faciə ilə bağlı ilkin hesabatında bildirilib ki, müfəttişlər hadisənin baş verdiyi ərazidə olublar.

Araşdırma zamanı müəyyən olunub ki, faciəyə səbəb olan əsas amil karbonmonoksit ölçən cihazların lazımı qədər sıxlıqda yerləşdirilməməsi olub: "Əgər mədəndə kifayət qədər karbonmoniksit ölçən cihaz yerləşdirilsəydi, daxildə yanan kömürün yaratdığı qaz əvvəlcədən hiss edilərdi. Əgər belə olsaydı, yanan bölgə dəmir şəbəkə və betonla bağlanacaq, ağac dirəklər yanmayacaq və çökmə meydana gəlməyəcəkdi".

Hesabatda o da qeyd olunub ki, hadisə baş verən məkanda taxtadan çox istifadə olunması da yanğının artmasına yol açıb: "Yanma zamanı taxta dirəklər uçaraq, məkanı doldurub. Yanğın davam etdiyi üçün məkana havanın daxil olması dayanıb. Meydana gələn karbonmonoksit qazı və tüstüsündən isə mədən işçiləri zəhərlənib".

Aydan Axundova
AzNews.az