Hərbçilərimizin minaya düşməsindən 40 gün keçir

17 May 2014 12:18 (UTC+04:00)
Ötən ay cəbhə xəttində hərbçilərimizin minaya düşərək həlak olmasından 40 gün keçir. AzNews.az xəbər verir ki, hadisə nəticəsində üç hərbçimiz- əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev dünyasını dəyişib.

Xatırladaq ki, aprelin 7-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mina partlayıb, 3 hərbçi ölüb, bir neçə hərbçi ağır yaralanıb. Hadisə cəbhənin Füzuli istiqamətində səngərbərkitmə işləri apararkən qeydə alınıb.

Allah rəhmət etsin.

AzNews.az