İrəvanın mərkəzində atışma- FOTO

17 May 2014 20:02 (UTC+04:00)
İrəvanın mərkəzindəki "Vernisaj" yarmarkasının qarşısında naməlum şəxslər odlu silahlardan atəş açıblar.

APA-nın verdiyi xəbərə görə, insident nəticəsində 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, atəş avtomat silahlardan açılıb. Hazırda cinayət törətmiş şəxslərin müəyyən olunması istiqamətində axtarış-əməliyyat və istintaq tədbirləri həyata keçirilir, bir neçə ekspertiza təyin olunub.

Şahidlərin sözlərinə görə, atışmadan dərhal sonra iki şəxs BMW Х-6 markalı avtomobildə hadisə yerini tərk edib.

AzNews.az