Aydın Mirzəzadəyə ağır itki

19 May 2014 07:11 (UTC+04:00)
Millət vəkili Aydın Mirzəzadəyə ağır itki üz verib. AzNews.az xəbər verir ki, onun atası dünyasını dəyişib. O, bu barədə məlumatı Facebook səhifəsində bildirib. Deputat profilində "Atamı itirdim" statusunu paylaşıb. Dostları və yaxınları ona başsağlığı verərək, səbrli olmağı arzu ediblər.

Allah rəhmət eləsin!

AzNews.az