Rusiya ATƏT-dən kömək istədi
19 May 2014 10:30 (UTC+04:00)
Rusiya ATƏT-dən Ukrayna hüquq-mühafizə qüvvələri tərəfindən saxlanılan rus jurnalistlərinin azad edilməsində kömək göstərməyi tələb edir.
AzNews.az-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məqsədlə ATƏT-in fəaliyyətdə olan nümayəndəsi ilə əlaqə saxlayıb. S.Lavrov "LifeNews" tv-nin əməkdaşlarının azad edilməsi üçün ATƏT-i əlindən gələni etməyə çağırıb.
ATƏT nümayəndəsi isə rusiyalı naziri bu məsələ ilə məşğul olcaqlarına əmin edib.
Xatırladaq ki, mayın 18-də Ukraynanın cənub-şərqində baş verənlərlə bağlı Kramatorsk şəhərindən reportaj hazırlayan Rusiya jurnalistləri Oleq Sidyakin və Marat Sayçenko bu ölkənin hərbçiləri tərəfindən saxlanılıb.
Aydan Axundova
AzNews.az