Azərbaycan və Vyetnam prezidentləri görüşdü

19 May 2014 11:22 (UTC+04:00)
Mayın 19-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az