Rusiya Kosmik Hava Qüvvələri yaradır
19 May 2014 13:29 (UTC+04:00)
Bu ilin sonuna kimi Rusiya Kosmik Hava Qüvvələri formalaşma dövrünü yekunlaşdıracaq.
AzNews.az İTAR-TASS-a istinadən xəbər verir ki, Rusiya Kosmik Hava Qüvvələri ilə Hava Hücumundan Müdafiə Qüvvələri birləşdiriləcək.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, yeni tip silahlı qüvvələrin komandanı vəzifəsinə general-polkovnik Vladimir Zarudnitskinin təyin edilməsi müzakirə mövzusudur. Hazırda isə V.Zarudnitski Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisidir.
Xatırladaq ki, hələ SSRİ zamanından Kosmik Hava Qüvvələrinin yaradılması və bu qurumun HHMQ ilə birləşdirilməsi planı 1980-ci ildən gündəmdə olub.
Aydan Axundova
AzNews.az