“Nazpəri heç vaxt qələbə qazana bilməz“- CAVAB

19 May 2014 14:58 (UTC+04:00)
"Nazpəri Dostəliyevaya demək lazımdır ki, getsin toylarda oxusun. Onun İlhamə Quliyeva ilə işi olmasın".

Bunu AzNews.az-a xalq artisti İlhamə Quliyevanın vəkili Habil Vəliyev deyib. O, bildirib ki, N.Dostəliyeva bu açıqlamanı verməmişdən öncə gedib Mətbuat Şurasının "qara siyahısı"nı nəzərdən keçirsin: "Nazpəridir, kimdir, mən onu tanımıram. Heç açıqlamasını da oxumamışam. Mən "Gündəlik Azərbaycan" deyil, "Gündəlik Bakı" qəzetinin baş redaktoruyam. "Gündəlik Bakı" Mətbuat Şurasının "qara siyahısı"nda yoxdur. Yaxşı olar ki, Nazpəri xanım o siyahıya nəzər salsın."

H.Vəliyev deyir ki, İ.Quliyevanın böyüklüyü dövlət başçısı tərəfindən qiymətləndirilib: " Nazpəri xanıma bir daha bəyan edirəm ki, bu qətnaməni Habil Vəliyev deyil, İlahə Abbasova verib. Mən müharibə veteranıyam, yalanla işim olmaz. Ona bildiriş verilib ya verilməyib kimi məsələlərə yuxarı inistansiyalar baxır, Habil Vəliyev yox. İlhamə xanımın böyüklüyü, yüksəkliyi dövlət başçısı tərəfindən Şərəf və Şöhrət ordeni, xalq artisti adı verilib. Bu işlər Nazpəri xanımlıq deyil, o, bu məsələdə heç vaxt qələbə qazana bilməz. Görülən işləri hüquqi baxımından əsaslandırmaq lazımdır".

Xatırladaq ki, Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı məhkəmə iddiası rədd edilib. Məhkəmə əlavə olaraq, N. Dostəliyevanın müdafiəçisinin vəsatəti əsasında ekspertizaya gedən sənədlərin xərci üçün 250 manat pulun tutulması haqda da qətnamə qəbul edib. Xatırladaq ki, İ.Quliyeva ATV-nin efirində N.Dostəliyevaya xitabən "mən yemirəm, yedizdirirəm" demişdi. Bu ifadənin qarşılığında N.Dostəliyeva xalq artisti İlhamə Quliyevadan 100 min manat təzminat tələb edir.

Bahar Rüstəmli
AzNews.az