Vəkili Rauf Mirqədirovla görüşdü

19 May 2014 15:10 (UTC+04:00)
Bu gün vəkil Fuad Ağayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovla görüşüb. Bu barədə AzNews.az-a Fuad Ağayev özü məlumat verib. O bildirib ki, bu gün günorta saatlarında R. Mirqədirovla adıçəkilən təcridxanada görüşüb: "Onu deyə bilərəm ki, Rauf Mirqədirov saxlanma şəraitindən narazı deyil. Həmçinin səhhətinin pis olmasından və ona qarşı münasibətdən də şikayət etmədi".

F. Ağayev istintaq prosesi ilə bağlı hər hasısa yenilikdən məlumatlı olmadığını da qeyd edib.

Xatırladaq ki, casusluqda ittiham edilən "Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib. O, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında həbs edilib. Nəsimi rayon Məhkəməsinin qərarı ilə Rauf Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Amid
AzNews.az