ANS-in aparacısından Zaurun “ay bədbəxt“ sözünə münasibət

19 May 2014 21:10 (UTC+04:00)
ANS telekanalının aparıcısı İlqar Mikayıloğlu "Günəbaxan" verilişində həmkarı Zaur Baxşəliyevdən danışıb.

Axşam.az-ın məlumatına görə, o, "Məni yarımdam soruş" verilişində baş verən məlum məsələlərə münasibət bildirib:

"Zaur efirdə bir iştirakçıya "Ay bədbəxt" deyə müraciət etdi. O mübahisəli söhbətə görə onu qınamadım, Zaurda günah görmədim. Bu hadisəyə iştirakçılar şərait yaratdı. Bəlkə də Zaur Baxşəliyev o sözü demək istəmirdi, vəziyyət elə gətirdi. O da içindəki hissləri belə büruzə verdi".

Xatırladaq ki, Zaur verilişin iştirakçılarından birinə məşhur aktyor Lui De Fines haqda sual verib. O isə cavabında həmin adamı tanımadığını deyib. Bu cavabdan təəccüblənən Zaur iştirakçıya "Sən nə gündəsən, ay bədbəxt" sözlərini işlədib.

AzNews.az