Facebook-un sirri açıldı- VİDEO

19 May 2014 21:25 (UTC+04:00)
Facebook-un dəhşətli sirri açıqlanıb.

Anspress-in məlumatına görə, Azad Bayramov adlı araşdırmaçı iddia edir ki, o, Facebook-un dəhşətli sirrini açıb.

Azad Bayramov bu haqda Facebook sosial şəbəkədə həm yazı yazıb, həm də video paylaşıb.

Onun iddiasına görə Facebook sosial şəbəkəsinin ana səhifəsində "Mason" sözü yazılıb: "Son zamanlar sosial şəbəkə sözünə demək olar ki, tez-tez rast gəlirik. Ancaq heç düşünmüsünüzmü ki, bu sosial şəbəkələr qısa zaman kəsiyində bütün dünyaya necə yayıldı? Facebook sosial şəbəkəsi Amerika mərkəzi kəşfiyyat idarəsi (FBİ) tərəfindən total nəzarətə yardım üçün qurulub".

Azad Bayramov bundan əlavə sözügedən səhifədə digər satanist simvolların olduğunu da aşkar edib.

Araşdırma həqiqətən çox maraqlı və tükürpədicidir. Təbii ki, bütün bunlar araşdırmaçının öz mülahizələridir. Maraqlı olduğuna görə diqqətinizə çatdırırıq.


AzNews.az