Bakıda internat məktəbində uşaq dubinka ilə döyüldü- YENİLƏNİB

20 May 2014 12:23 (UTC+04:00)
Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağı dubinka ilə döyüblər.

İnternat evindəki mənbənin Bizimyol.info-ya verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərfindən döyülüb. Uşağın başından dubinka ilə vurub. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək.

Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib.(12.35)

***

Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı Mahirin döyülməsi barəsində kütləvi infromasiya vasitələrində yayılan məlumatlar öz təsdiqi tapıb.

Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbindən anspress-ə verilən məlumata görə, Mahir bir neçə gün öncə döyülüb: "Uşağın vəziyyəti indi yaxşıdır. Bədənində heç bir iz yoxdur. Onun gözlərinin altı göm-göydür. Uşağın kim tərəfindən döyüldüyü hələ ki, bilinmir".

İnternat evindən uşağı döyənlərin cəzəlandırılacağı məsələsinə də münasibət bildiriblər: "Uşağı döyənlər yəqin ki cəzalanıdırılacaq. Onun müəllimlər tərəfindən döyüldüynə inanmırıq. Hazırda Mahir uşaqıarla oynayır".

Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda qeyd olunub ki, Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı Mahir müəllimləri tərəfindən dəyənəklə döyüldüyü bildirilirdi.

Məsələdən Təhsil Nazirliyindən də xəbərdardılar. Nazirlik artıq işlə bağlı araşdırmala başlayıb.


AzNews.az