Polislər “Torqovı”nı belə dağıdır - FOTOLAR

20 May 2014 11:01 (UTC+04:00)
Bakıda sakinlərin, eləcə də turistlərin əsas gəzinti, istirahət yeri olan Nizami küçəsi (Torqovı), Fəvvarələr Meydanında polislər yeni "qayda" tətbiq ediblər.

AzNews.az xəbər verir ki, indi DİN əməkdaşları bu küçələrdə asayışı gecə vaxtı avtomobillə qoruyurlar. Özü də bu, təkcə vəzifə xidməti deyil, həm də deyəsən, polislərin əyləncəsidir. Belə olmasaydı, onlar piyadalar üçün nəzərdə tutulan, rahat döşəmənin üstündə sürətlə şütüməz, xüsusi tryuklar, qorxulu manevrlər etməzdilər. Bu manevrlərin insanlarda hansı həyəcan, hansı narahatçılıq yaratdığı qalsın bir yana, DİN əməkdaşlarının əyləncəsi həm də keçələrə cəmi üç il əvvəl döşənən tamet daşların sınmasına səbəb olur. Yəni PPX əməkdaşlarının bu "əyləncə - asayiş qoruması" dövlətə baha başa gəlir.

Polislərin avtomobil girişinin qadağan olduğu bu küçələrdə avtomobillə xidmət aparmasının hansı zərurətdən irəli gəldiyinə DİN-dən heç kim izah vermək istəmədi.

Azər
AzNews.az