Tərtər sakini traktorun altına yıxılaraq öldü
20 May 2014 11:49 (UTC+04:00)
Tərtər sakini traktorun qoşqusunun altına yıxılıb və hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 19-da Tərtər rayonu, Qazıyan kəndindəki yonca sahəsində kənd sakini Ramil İsmayılov "T-40" markalı traktoru idarə edərkən sərnişini, həmkəndlisi Faiq Kazımov ehtiyatsızlıqdan traktorun qoşqusunun altına yıxılıb. Nəticədə F.Kazımov hadisə yerində ölüb.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az