Ukraynadakı ruslar terrorçu kimi həbs olunacaq – ƏMR + SƏNƏD
20 May 2014 13:43 (UTC+04:00)
Ali Radanın deputatı Oleq Tsaryov Ukrayna Təhlükəsizlik Xidməti rəisinin müavini Vasili Krutovun sərəncamını çap edib. Sərəncama görə, Ukraynada qohumu olmayan, amma ölkə ərazisində qarşıya çıxan hər bir Rusiya vətəndaşı terrorçu sayılacaq.
Aktual.az-ın Rusiya mediasından aldığı məlumata görə, Krutov həmin şəxslərin Rusiya xüsusi xidmət orqanları tərəfindən göndərilən təxribatçılar kimi tutulub saxlanılmasını əmr edib.
Sərəncamın fotosurətini təqdim edirik:
