İranın vitse-prezidenti Azərbaycana niyə gəlir?

4 Sentyabr 2012 12:11 (UTC+04:00)
İranın vitse-prezidenti, mədəni irs təşkilatının sədri Həsən Musəvi Azərbaycana gəlir. AzNews.az-ın irna.ir xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, səfər sentyabrın 5-də baş tutacaq.

Musəvinin 6-7 sentyabrda Bakıda keçiriləcək beynəlxalq mədəniyyət, kulinariya və turizmlə bağlı konfransda iştirak edəcəyi bildirilir. Bundan əlavə, onun Mahmud Əhmədinejatın məktubunu Prezindent İlham Əliyevə çatdıracağı da gələn xəbərlər arasındadır.

Qeyd edək ki, beynəlxalq konfransda bir çox dövlət və hökumət rəsmiləri iştirak edəcək. Onların arasında Ümumdünya Ticarət Təşkilatının baş katibi Taleb Rifahinin də olacağı bildirilir.

Sadiq
AzNews.az