Qonaq ev sahibini baltaladı

4 Sentyabr 2012 12:18 (UTC+04:00)

Biləsuvar rayonu ərazisində yaşayan Cəbrayıl rayon sakini Cəbrayıl Əhmədovu balta ilə qətlə yetirmiş Yevaxl rayon sakini Könül Məmmədova həbs edilib.

Daxili İşləri Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 2-də K.Məmmədova Biləsuvar rayonuna, Cəbrayıl Əhmədovun yaşadığı mənizlə qonaq gəlib. Aralarında yaranan münaqişə zamanı K.Məmmədova balta ilə C.Əhmədova zərbə yetirərək onu qətlə yetirib.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

Bahadur
AzNews.az