Zakir Qaralov da kadr dəyişiklikləri etdi

21 May 2014 07:23 (UTC+04:00)
Azərbaycanın Baş Prokurorluğunda yeni təyinatlar olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun "Qafqazinfo"ya verdiyi məlumata görə Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi, Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramil Məcidov isə həmin idarənin rəisi vəzifələrinə təyin ediliblər.

Xatırladaq ki, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin sabiq rəisi Əzizağa Həsənov bu ilin yanvar ayında dünyasını dəyişib.


AzNews.az