Cəbhədə gərginlik davam edir
21 May 2014 07:43 (UTC+04:00)
Erməni silahlıları 5 istiqamətdə atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Kəngərli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az