Daha bir məşhur aparıcı İTV-dən getdi
21 May 2014 08:32 (UTC+04:00)
İTV-nin Musiqili və Əyləncəli Verilişlər Departamentinin əməkdaşı Hüsniyyə Məhərrəmova öz ərizəsi ilə İctimai Televiziyadan ayrılıb.
İnterpress.az xəbər verir ki, Hüsniyyə Məhərrəmova aparıcılıq fəaliyyətini ATV-də davam etdirəcək.
Aparıcısı olduğu "Böyük Səhnə" yarışması da ATV-də yayımlanacaq. Xəbəri dəqiqləşdirmək üçün aparıcı ilə əlaqə saxladıq. Hüsniyyə Məhərrəmova faktı təsdiq etdi:
"Deyilənlər doğrudur, öz ərizəm ilə işdən ayrılmışam. Yarışmanın isə ATV-də olması ilə bağlı qəti qərar yoxdur".
Qeyd edək ki, Hüsniyyə Məhərrəmova "Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri idi.