“Kim milyoner olmak ister”də Azərbaycanla bağlı sual- VİDEO

21 May 2014 11:02 (UTC+04:00)
Türkiyənin "ATV" kanalında yayımlanan "Kim milyoner olmak ister" proqramında Azərbaycana aid olan ATV Maqazin verilişindən bir hissə səsləndirilib.

"Qafqazinfo"nun məlumatına görə, proqrama əsasən iştirakçı Azərbaycan dilində səsləndirilən səs yazısını dinlədikdən sonra verilişin hansı sahəyə aid olduğunu tapmalı idi. Azərbaycan əsilli olduğunu bildirən iştirakçı "50-50"ə və "Tamaşaçılardan kömək" haqqını istifadə edərək sualın cavabını tapıb.

Səs yazısında "Nadir və Elariz kəllə-kəlləyə gəldi. Flora Kərimova niyə onların arasında qaldı? Aprel ayında nələr ortaya çıxdı. Ayın yekununda hansı müğənnilər tora düşdü?" sözləri əks olunub.

Həmin videonu təqdim edirik:


AzNews.az