Metrodan istifadə edənlərin sayı nə qədərdir?- RƏSMİ CAVAB

22 May 2014 07:06 (UTC+04:00)
Bakı Metropoliteni gün ərzində qatarlarla hərəkət edən sərnişinlərin statistikasını açıqlayıb. Metropolitenin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu rəqəm hər gün dəyişə bilir. Amma gündəlik orta statistik rəqəmə görə, metroda hər gün qatarlar vasitəsi ilə 700 min sərnişin daşınır. Metropolitendən o da deyilib ki, bu rəqəm yalnız yay aylarında azalmağa doğru gedir. Hər il olduğu kimi bu ildə Ali və orta məktəblərdə tətil günləri olduğundan gündəlik qatarlardan istifadə edən sərnişinlərin sayı 400-450 minə düşür.

Amid

AzNews.az