Ermənistan parlamenti köhnə layihəni gündəmə gətirir

4 Sentyabr 2012 13:22 (UTC+04:00)
Ermənistan parlamentindəki müxalifətçi "İrs" fraksiyasının katibi Zarui Postancyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin müstəqil dövlət kimi tanınması haqqında qanun layihəsi təqdim edib.

APA-nın Ermənistan saytlarına istinadən verdiyi xəbərə görə. Layihədə Dağlıq Qarabağda separatçıların elan etdiyi saxta qurumun Ermənistan tərəfindən rəsmən tanınması əksini tapıb.

AzNews.az