“Ərimin başı xarab idi...”- Mənzurə Musayeva

22 May 2014 09:04 (UTC+04:00)
Müğənni Mənzurə Musayeva "Xəzər" telekanalında yayımlanan "5/5" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi keçmiş həyat yoldaşından danışıb. O, ərinin onu döydüyünü etiraf edib:

"Ərim boksçu idi. Məni döyürdü, xəstə, başı xarab idi. Bir dəfə gecə yatmışdım. Qəfildən ayıldım ki, məni boğub, öldürməyə çalışır. Canımı qurtardım, səhər açılan kimi evdən qaçdım. O gedən getdim".