Çində dəhşət: 31 ölü, 90 yaralı

22 May 2014 09:29 (UTC+04:00)
Bu gün səhər saatlarında Çinin Urumça şəhərində dəhşətli hadisə baş verib.

Partlayıcı qurğu yerləşdirilən avtomobil bazarın içərisində partladılıb. Nəticədə 31 nəfər həlak olub, 90-dan çox insan yaralanıb. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin İctimai Təhlükəsizlik Nazirliyi baş verən hadisəni "ciddi və qəddar terror aktı" kimi qiymətləndirib. Qeyd edək ki, son zamanlar ÇXR-də terror aktları çoxalıb. Belə ki, qısa müddət öncə də Çində ölüm və yaralanmalar ilə müşayiət olunan terror hadisələri baş verib. Martın 1-də silahlı şəxslərin vağzalda törətdikləri terror aktı nəticəsində 29 nəfər ölüb, 130-dan çox insan isə yaralanıb. Aprelin sonlarında dəmiryol stansiyasında baş verən partlayış nəticəsində isə 3 nəfər ölüb, 79 nəfər yaralanıb.

Aydan Axundova
AzNews.az