Polis qəzada öldü: iki yaralı

22 May 2014 10:06 (UTC+04:00)
İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün saat 19.00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 92-ci kilometrliyində, Gövhərli kəndi ərazisində qeydə alınıb. İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən Beyləqan rayon sakini Pərviz Qulu oğlu Orucov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşaraq yoldan çıxıb. Qəza zamanı sərnişinlərdən biri İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən İmişli rayon Qızılkənd sakini, 1987-ci il təvəllüdlü Cövdət Hamlet oğlu Hacıyev hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişinlər İmişli rayon sakinləri - 1983-cü il təvəllüdlü Elnur Valeh oğlu Mustafayev, Ramin Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.