“Monako şahzadəsi” nin premyerası baş tutub

22 May 2014 10:40 (UTC+04:00)
Bakıda baş rolunu tanınmış aktrisa Nikol Kidmanın canlandırdığı "Monako şahzadəsi" filminin premyerası baş tutub. "Qafqazinfo"nun məlumatına görə, "28 cinema"da baş tutan premyerada qonaqlara ziyafətlə yanaşı filmdə səsləndirilən musiqilər gənc müğənni Nəzrinin ifasında təqdim edilib.

Baş rollarını Nikol Kidman, Mailo Ventimilya, Parker Pouzi, Tim Rot, Pas Veqanın paylaşdığı film möhtəşəm villalar, Oskar ziyafətləri və cazibəli kişilərdən imtina edərək Fransa yaxınlığında kiçik ölkənin şahzadəsi olmağı seçən aktrisanın həyatından bəhs edir.

Qeyd edək ki, Beynəlxalq Kann kinofestivalının açılışını müsabiqədən kənar "Monako şahzadəsi" filmi edib.