“Bu, keçmiş ərimin xəstə təfəkkürünün məhsuludur” - Məşhur aparıcı

22 May 2014 11:06 (UTC+04:00)
Jurnalist Eynulla Fətullayevin "Ceyhun Osmanlının erotik kino biznesi" adlı araşdırmasında adıçəkilən ANS-nin Vaşinqton müxbiri Sevinc Osmanqızı ittihamlara cavab verib.


Hazırda Amerikada yaşayan jurnalist "Qafqazinfo" ilə əlaqə saxlayaraq sözügedən yazıda qeyd olunan faktların həqiqət olmadığını qeyd edib:

"Onlardan 37-ci ilin şərləmə ab-havası gəlir. Niyə kimsə qohumuna görə məsuliyyət daşımalıdır? Onda gərək mən heç evdən çıxmayım və işləməyim ki, kiməsə söz gələr. Ermənilər də elə onu istəyir. Amerikada Qarabağı gündəmdə saxlayan jurnalistimiz çoxdurmu? Bütün bu uydurmalar keçmiş ərim Azər Xəlilov və qardaşı Vüqar Xəlilovun xəstə təfəkkürünün məhsuludur. Mən ayrılandan və uşaqlarımla bərabər Amerikaya yola düşəndən bəri mənə və ailə üzvlərimə qarşı, özlərinin dediyi kimi,"vendetta" elan ediblər. İki ildir ki, haqqımda anonim yazmaqla məşğuldurlar. Öz adlarını göstərməyə də cürət etmirlər. Bu həmin qardaşlardır ki, analarını İngiltərəyə aparmaq üçün Azərbaycan rəhbərliyinə qara yaxır. BBC jurnalistlərinin guya Azərbaycanda sıxışıdırıldığını iddia edirdilər. Onların siyasi sığınacaq üçün müraciəti bu gün də Böyük Britaniyanın Azərbaycandakı səfirliyindədir. Ot kökü üstə bitər. Ataları Nəriman Xəlilov da öz yerlisi , Azərbaycanın o vaxtkı lideri Heydər Əliyevdən Moskvaya anonimlər yazardı. Mən elə bu ailənin çirkin əməllərinin, vətənə, dövlətə xainliyinin şahidi oldum və birdəfəlik ayrıldım. Onların bugünkü əməlləri bir daha sübut edir ki, düz hərəkət etmişəm"

Qeyd edək ki, virtualaz.org saytında dərc olunan araşdırmada Sevinc Osmanqızının millət vəkili Ceyhun Osmanlının filmini reklam etməkdə və onu beynəlxalq arenaya çıxarmaqda ittiham olunurdu.