Kiyev sakinlərinin 53 faizi həyatından razıdır – SORĞU

22 May 2014 15:23 (UTC+04:00)
"Research&Branding Group"un araşdırmalarına görə, paytaxt sakinlərinin əksəriyyəti köklü kiyevli deyil. Əhalinin 50 faizindən çoxu Kiyevə digər şəhərlərdən gəlib. "İctimaiyyətlə əlaqələr üzrə Ukrayna liqa"sının vitse-prezidenti Elena Derevyanko bildirib ki, Kiyevdə köklü sakinlərin gəlmələrə nisbəti 55 faizin 45 faizədir. Köklü sakinlər arasında dominantlıq edən dil rus dilidir. Gəlmələr arasında isə rus dili və Ukrayna dili bərabər səviyyədə işlədilir".

Öz şəxsi həyatından razı olan Kiyev sakinləri 53 faiz təşkil edir, köklü sakinlər arasında bu say 63 faizdən yuxarıdır. Gələcəyin uğurlu qurulacağına inananlar 41 faizdir, əhalinin bir o qədəri də bu suala cavab verməyə çətinlik çəkir. Paytaxtda yaşamaq 61 % insana rahatdır, 30 faiz üçün paytaxt nə rahat, nə də narahatdır, 7 % isə paytaxtın narahat olması fikrindədir. Şəxsi təhlükəsizlik məsələsində 60 faiz Kiyev sakini son dörd ayda baş verən hadisələrə görə təhlükəsizlik səviyyəsinin düşdüyünü bildirib. 29 faiz insana görə heç nə dəyişməyib, hər onuncu adama görə isə təhlükəsizlik daha da yaxşılaşıb. Araşdırma Kiyevdə 1-13 may aralığında keçirilib. Sorğuda 799 respondent iştirak edib.

Aydan Axundova
AzNews.az