Ərdoğanla Kılıçdaroğlu arasında yeni qalmaqal - VİDEO
22 May 2014 15:31 (UTC+04:00)
Türkiyə Odalar və Borsalar Birliyinin iclasında gərgin anlar yaşanıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb baş nazir Rəcəb Tayyib Ərdoğanın cə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunun eyni toplantıda iştirak etməsi olub. Ərdoğan çıxışı zamanı CHP liderinə atmacalı sözlər atıb:"Mənə diktator deyən adam indi qarşımda oturub. Ərdoğan diktator olsa, sən meydanlarda dolaşa bilməzsən. Amma belə bənzətmələrlə ölkənin, millətin rahatlığını pozarsan. Ağzınızdan çıxanı qulaqlarınızın eşitməsi lazımdır".
Ərdoğanın bu fikrindən sonra zalda coşqu yaranıb. CHP lideri isə bu sözlərə soyuqqanlı yanaşıb və təbəssümlə etiraz bildirib. Çıxışını başa vuran baş nazir partiya liderinin fikirlərini dinləmədən toplantıdan yarımçıq ayrılıb.