Moskvada separatçıların daimi nümayəndəliyi açıldı

23 May 2014 13:05 (UTC+04:00)
Bir qədər öncə Moskvada Rusiya Liberal Demokrat Partiyasının deputatları ilə qondarma Donbas Xalq Respublikası nümayəndələrinin birgə mətbuat konfransı başa çatıb.

Aktual.az "Life News" telekanalına istinadən xəbər verir ki, tədbirdə partiya üzvləri, Ali Radanın deputatları Mixail Deqtaryov və Aleksey Didenko, qarşı tərəfdən isə separatçı qurumun Moskvadakı nümayəndəliyinin təmsilçiləri Andrey Kramar və Aleksey Muratov iştirak ediblər.

Qeyd edək ki, təmsilçilik üçün sonuncuları qondarma Donbas Respublikası Rəyasət Heyəti müəyyənləşdirib. Keçirilən mətbuat konfransında qərara alınıb ki, bu gündən daimi nümyəndəlik Donbasla Rusiya arasında əlaqələri tənzimləyəcək. Humanitar layihələrin reallaşdırılması üçün lazımı addımlar atacaq.