Videosu yayılan baş həkim təcili nazirliyə çağırıldı

23 May 2014 14:23 (UTC+04:00)
Rüşvət videosu yayılan Sabirabad rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədov təcili Səhiyyə Nazirliyinə çağırılıb. Bu barədə məlumatı AzNews.az-a mərkəzin əməkdaşları verib. Bildirilib ki, baş həkim heç kimə xəbər vermədən Bakıya yollanıb: "Bircə o məlumdur ki, Vüsal doktor gecəykən Bakıya çağırılıb. Onunla əlaqə yarada bilmirik".

Qeyd edək ki, V.Məmmədovun xəstəxanada çəkilən gizli video sosial şəbəkələrdə səs-küyə səbəb olub. Görüntülərdə Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir.


İntiqam Valehoğlu
AzNews.az