Azərbaycan-İngiltərə oyununun hakimləri bəlli oldu

4 Sentyabr 2012 14:44 (UTC+04:00)
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-İngiltərə oyununun hakimləri məlum olub.

AzNews.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, matçın baş hakimi Athanassios Giachos, baş hakimin köməkçiləri Damianos Efthimiadis, Michael Karsiotis, dördüncü hakim isə Anastasios Sidiropoulos olacaq.

Hakimlər briqadası Yunanıstandandır. Hakim-inspektor Einar Halledir (Norveç).

Oyun sentyabrın 6-da, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək.

AzNews. az