Prezidenti öpən aktirasaya 50 qamçı vurulsun- Petisiya

24 May 2014 08:51 (UTC+04:00)
İranlı aktrisa Leyla Hatəminin Kann kinofestivalının prezidenti Jil Yakovu öpdüyü üçün cəzalandırılması tələb olunur.

Bununla bağlı bir qrup tələbə petisiya hazırlayıb. Onlar ölkə məhkəməsindən aktrisa Leyla Hatamiyə cəza verilməsini istəyir. AzNews.az "segodnya.ua"ya istinadən xəbər verir ki, petisiyada bunlar qeyd olunub: "Biz Leyla Xataminin ləyaqətsiz davranışına görə cəzalandırılmasını xahiş edirik. Çünki, o, yad kişini öpməklə dindarların hisslərini təhqir edib".

Qeyd edək ki, əgər məhkəmə aktrisanın günahkar olması ilə bağlı qərar verərsə, Leyla Xatamiyə 50 qamçı vurulacaq.

Xatırladaq ki, bundan əvvəl də aktrisaların bu cür hərəkətləri ictimai qınağa səbəb olub. 2012-ci ildə aktirsa Marziyax Vafamexrin "Mənim satılmış Tehranım" filmində rol aldığına görə ona 90 qamçı vurulması qərara alınmışdı. Səbəb olaraq isə, filmdə aktrisanın bəzi kadrlarda başı açıq görüntülənməsi göstərilmişdi. Qeyd edək ki, aktrisaya cəza verilməsinə baxmayaraq, o qamçılanmamışdı.

Aydan
AzNews.az