Məsciddə dava: imam 77 yaşlı kişini əzişdirdi- FOTO

24 May 2014 10:40 (UTC+04:00)
Türkiyənin Yozqat şəhərində cümə namazı zamanı məscidin imamı ilə dindarlar arasında qarşıdurma yaranıb.

AzNews.az xəbər verir ki, imam "Namazlara gecikdiyimə görə məndən şikayət edən kişidirsə, ayağa qalxsın" deyib. O, məsciddə olan 77 yaşlı Sabri Yiğitdən şübhələndiyini də bildirib. Daha sonra imam yaşlı kişini dava etmək üçün bayıra çağırıb. "Bura məsciddir, dava məkanı deyil" deyən Sabri Yiğite imam hücum edib. O, 77 yaşlı kişini döyüb.

İntiqam Valehoğlu
AzNews.az