Baş nazir qumarla bağlı sərəncam verdi

24 May 2014 09:40 (UTC+04:00)

Rusiyada lotereyaların adı altında qanunsuz qumar oyunlarının keçirilməsinin qadağan edilib. AzNews.az İTAR-TASS-a istinadən xəbər verir ki, Rusiyanın baş naziri Dmitri Medvedev ümumrusiya lotereyaların keçirilməsi üçün dövlət nəzarəti haqqında Əsasnaməyə dəyişikliklər edilməsi barədə qərar imzalayıb. Bu barədə məlumat şənbə günü hökumətinin saytında yerləşdirilib.

Həmin məlumatda bildirilir ki, qəbul olunan qərarlar lotereya sahəsində dövlət hüquqi tənzimlənməsinin səmərəliliyinin artırılmasına və lotereyaların adı altında qanunsuz qumar oyunlarının keçirilməsinin qarşısının alınmasına kömək edəcək.

Aydan Axundova
AzNews.az