Ərdoğan: “Siqareti atmasan, səndən simit almayacağam”- FOTO
24 May 2014 10:04 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra məscidin çıxışında bir vətəndaşla həmsöhbət olub.
AzNews.az xəbər verir ki, İlhan Sevindi adlı simit satıcısına yaxınlaşan baş nazir ondan bir şərtlə simit ala biləcəyini deyib:
"Siqareti atmasan səndən simit alamayacağam".
Fürsəti boşa verməyən İlhan Sevindi "yağlı müştəri"nin təklifini dəyərləndirib və siqareti tərgidəcəyini bildirib. Bundan sonra Ərdoğan Sevindinin bütün simitlerini alıb.
İntiqam Valehoğlu
AzNews.az