Krımdan ərzaq daşınması qadağan edildi – QƏRAR
24 May 2014 11:42 (UTC+04:00)
Mayın 26-dan Krımdan Ukraynaya, həmçinin Rusiya Federasiyasının digər subyektlərinə ərzaq məhsullarının çıxarılması məhdudlaşdırılacaq . Bu barədə qərarı Krımın Aqrar Siyasət və Ərzaq Nazirliyi qəbul edib.
AzNews.az "segodnya.ua"ya istinadən xəbər verir ki, tədbirlər ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə görülür. Xüsusilə, buğda ərzaqları (3, 4, 5-ci növ), un, bitki yağı, qənd, qarabaşaq, yumurta, təzə və dondurulmuş ət və ət məhsullarının çıxarılması qadağan edilir. Ət məmulatları və konservləşdirilmiş süd və süd məhsulları, kolbasa məmulatlarını da Krımdan çıxarmaq olmaz.
Aydan Axundova
AzNews.az