Fəzail Ağamalı: “Erməni diasporları onlara pul verib, banlatdırır”

4 Sentyabr 2012 15:17 (UTC+04:00)


"Azərbaycan Ramil Səfərovla bağlı müstəqil addımlar atıb. Macarıstanın xarici işlər nazirliyinin Ramilin azad edilməsi bağlı verdiyi açıqlamada konkret şəkildə bildirdi ki, Azərbaycan vətəndaşı Ramil Səfərovun öz ölkəsinə ekstradisiya edilməsi tam qanunauyğundur".

Bu sözləri AzNews.az-a millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, zabit Macarıstandan Azərbaycana gətirildikdən sonra prezident İlham Əliyev də konstitusiya qanunlarını əsas tutaraq onu azad etdi: "Ramil Səfərova sərt cəza verilmişdi. Məsələn, İsveçdə 70 nəfəri vəhşicəsinə qətlə yetirən vətəndaşa 22 il iş kəsildi. Ramil isə işğal altında olan Cəbrayıl torpağında doğulub. Gözünün qarşısında yaxınlarını itirən Ramil Səfərova törətdiyi əmələ görə ömürlük həbs cəzası kəsildi. Ramil yerində kim olsaydı, bu addımı atardı. Susmaq üçün gərək bütün hisslərdən kənar olasan".

Millət vəkili qeyd edib ki, Ermənistanın bu məsələdə əndişələnməsi gözlənilən idi: "Faktiki olaraq, Azərbaycan ermənilərə Ramil Səfərovun timsalında zərbə vurdu. Bu zərbə ciddi psixoloji zərbə idi. Ona görə də ermənilər hələ də özlərinə gələ bilmirlər. Ayrı-ayrı dövlətlərin, xüsusilə də ATƏT-in Minsk qrupunun ermənilərin tərəfini tutması göstərir ki, bu qrup işğal olunmuş Azərbaycan torpaqlarının statusunun dəyişdirilməsinə maraq göstərmirlər. Bütün bunlar göstərir ki, Azərbaycan xalqı olaraq birləşib, torpaqlarımızı müharibə yolu ilə azad etməliyik.

F.Ağamalı ölkə daxilində Ramil Səfərovun əleyhinə danışanlara sərt cavab verib: "Ölkə daxilində Səfərovun azad edilməsinə narazılıq edənlərin kökü ermənilərdən gəlir. Bu insanların damarından azərbaycanlı qanı axmır. Ermənilərin pulu ilə yüksək həyat tərzi quran insanların narazı olması normal haldır. Erməni diasporları, təşkilatları onlara pul verib, banlatdırır. Azərbaycan daxilində bu insanların belə deməsi Ramil Səfərova da, Azərbaycan dövlətçiliyinə də təhqirdir. Əminəm ki, Azərbaycan xalqı həmin insanların sifətinə tüpürür. Azərbaycan xalqı Ramil Səfərovun tərəfindədir".

İlkin
AzNews.az