Odessada 1 km uzunluğunda bayraq - FOTO

26 May 2014 09:35 (UTC+04:00)
Odessa dəniz ticarət limanında ölkə tarixindəki ən uzun Ukrayna bayrağının yerləşdirilməsi bu gün başa çatdırılıb.

Avtomobil estakadasında yerləşdirilmiş bayrağın uzunluğu bir kilometr olub. AzNews.az "Unian"a istinadən xəbər verir ki, aksiyanı işləri limanla bağlı olan şirkətlərin nümayəndələri keçiriblər. Bununla onlar Odessanın liman və nəqliyyat biznesinin gələcəyini yalnız Ukrayna ilə birlikdə gördüklər mesajını veriblər.




Aydan
AzNews.az